Dərc edildi: Baxış sayı: 443
Bu il təhsil üçün xarici ölkələrə göndərilən azərbaycanlı gənclərin sayı açıqlanıb
2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin, Rusiya, Latviya, Rumıniya və Qazaxıstan üzrə ayrılan təqaüd yerlərinə əsasən həyata keçirilib.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, cari tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət