Slimfit
  1. DİN

Bu il Ramazan (Fitr) bayramı hansı gün qeyd ediləcək?

Bu il Ramazan (Fitr) bayramı hansı gün qeyd ediləcək?
Sakura

Bu il Ramazan (Fitr) bayramı hansı gün qeyd ediləcək?

Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 21-22 aprel Azərbaycanda Ramazan bayramı qeyd olunur.
QMİ-nin yaydığı təqvimə əsasən bu il Fitr bayramı aprelin 21-nə təsadüf edir və həmin gün məscidlərdə bayram namazları qılınacaq.
Allah qılınan namazları qəbul etsin. Eyni zamanda bildiyiniz kimi Ramazan (Fitr) bayramının tarixinin müəyyən edilməsində müsəlmanlar arasında müəyyən metodoloji fərqlər də var (əsas ikisini təqdim edirik). 1. Yeni Ayın hilalının dünyanın hər hansı nöqtəsində görünməsi ilə müəyyən edilməsi 2. Yeni Ayın hilalının regionun özündə (gecə-gündüz üfüqləri üst üstə düşən regionlarda) görünməsi ilə müəyyən edilməsi. Belə başa düşülür ki, QMİ bu il Ramazan bayramını yeni Ayın hilalının dünyanın istənilən nöqtəsində görünməsi metodu ilə müəyyən edib. Belə ki, bu il 20 aprel tarixində gözlə yeni Ayın hilalı yalnız Amerika qitəsindən də qərbdə Sakit okeanın müəyyən bir qismində və aydın hava olsa Şimali Amerikanın bir qismində, Cənubi Amerika qitəsinin müəyyən qismində isə teleskopla görünə biləcək (Ayın parlaqlığı 0.3% olmaqla). Bu metoda uyğun olaraq (siyahıda 1-ci) 21 aprel bayram hesab olunur. Bununla belə hal hazırda sağ olan bütün mərcəyi-təqlid müctəhidlər bayram müəyyən edilməsini siyahıda olan 2-ci metoda uyğun aparır, yəni yeni Ayın hilalının gecə-gündüz üfüqü üst-üstə düşən regionlarda görünməsi ilə. Yeni Ay bütün regionlarda yalnız 21 aprel tarixində görünəcəyini (ayın parlaqlığı təxminən 2% olmaqla) nəzərə alaraq, bu metoda uyğun olaraq bütün müctəhidlərin bayramı 22 aprelə elan edəcəyi, o metoda uyan müsəlmanların da bayramı 22 apreldə qeyd edəcəyi gözlənilir. İslam.az kollektivi olaraq həm aprelin 21-i, həm də aprelin 22-i bayram edən bütün müsəlmanların bayramını təbrik edirik! Allah bu ayda tutduğunuz orucu, qıldığınız namazları, etdiyiniz duaları qəbul etsin!


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR