Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bu il Prezident təqaüdünə layiq görülənlərdən 26-sı Bakı Ali Neft Məktəbinin tələbəsidir

Bu il Prezident təqaüdünə layiq görülənlərdən 26-sı Bakı Ali Neft Məktəbinin tələbəsidir
Sakura

Sentyabrın 14-də Bakı Ali Neft Məktəbində (BANM) 2018-2019-cu dərs ilinin başlanması ilə əlaqədar tədbir…

Sentyabrın 14-də Bakı Ali Neft Məktəbində (BANM) 2018-2019-cu dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov bu ali məktəbə qəbul olunan tələbələri və onların valideynlərini təbrik edib. BANM-in əldə etdiyi uğurlardan danışan rektor diqqətə çatdırıb ki, bu il Prezident təqaüdünə layiq görülənlərdən 26-sı bu ali təhsil ocağının tələbəsidir. Bu il birinci qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 13 nəfərin hamısı BANM-i seçib. Ötənilki kimi bu il də ölkə üzrə ən yüksək keçid balı BANM-in yeni informasiya təhlükəsizliyi ixtisasına olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT baş katibinin müavin, qurumun Təlim və Tədqiqat İnstitutunun (UNITAR) icraçı direktoru Nikhil Set və başqaları BANM-in əldə etdiyi uğurlarından danışıblar. Diqqətə çatdırılıb ki, bu ali məktəbin məzunları hazırda dünyanın tanınmış şirkətlərində aparıcı mütəxəssislər kimi fəaliyyət göstərirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR