Bu il paytaxtda sənaye istehsalı 0,8% artıb
Bu ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artaraq 8,8 mlrd. manat təşkil edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 77,6%-i mədənçıxarma, 19,7%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 79,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,8% təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 300,6 mln manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 84,6 mln manat məbləğində digər məhsullar da mövcud olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət