Dərc edildi: Baxış sayı: 621
Bu il kənd təsərrüfatının ümumi məhsul istehsalı artıb
Bu il kənd təsərrüfatının ümumi məhsul istehsalı artıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 5%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsullarının istehsalı isə 7,4% artıb.
Bundan başqa, qeyd edilib ki,keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1% artaraq 417,7min ton, süd istehsalı 2,2% artaraq 1 720,1 min ton, yumurta istehsalı 2,1% azalaraq 1 416,5 milyon ədəd və yun istehsalı 1% azalaraq 15,7min ton olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət