Dərc edildi: Baxış sayı: 200
Bu il İİV-ə yoluxanların sayı açıqlandı
Narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Trend-in Respublika QİÇS-lə Mübarizə Mərkəzinin yaydığı məlumata istinadən xəbərinə görə, ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxub.
Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) inyekson narkotik istifadəçiləri olub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində müvafiq istiqamətdə 112 maarifləndirici görüş, 39 təlim, 3 mədəni-kütləvi tədbir, 2 infotur,1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon təşkil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət