Slimfit
  1. CƏMİYYƏT

Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? – RƏSMİ AÇIQLAMA

Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? – RƏSMİ AÇIQLAMA
Sakura

Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda tez-tez apteklərdə yoxlamalar aparılır, həmçinin, laboratoriyalarda tibb və əczaçılıq vasitələrinin keyfiyyəti yoxlanılır.

Ötən illərdə laborator yoxlamalar zamanı bir neçə dərman vasitəsi istehsalçı tərəfindən təqdim edilmiş keyfiyyət parametrlərinə uyğunsuzluq aşkar edildiyi üçün geri çağırılıb.

Bəs bu il belə hallar olubmu və hansı dərmanlar geri çağırılıb?

Ens.Az-ın məlumatına əsasən,Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi”ndən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bir adda dərman əczaxanalardan yığışdırılıb:

“Bu ilin ilk altı ayı ərzində, istehsalçı tərəfindən təqdim edilən keyfiyyət parametrlərinə uyğunsuzluqlar aşkar edildiyinə görə, "Aminoselekt" dərman vasitəsinin bütün seriyaları geri çağrılıb”.

Qeyd edək ki, geri çağırılan dərman vasitəsi İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsusdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR