Slimfit
  1. DÜNYA

Bu il ən çox turist axını olan şəhərlər açıqlanıb

Bu il ən çox turist axını olan şəhərlər açıqlanıb
Sakura

Böyük Britaniyanın “Euromonitor İnternational” təhlil şirkəti 2018-ci ildə ən çox turist axını olan…

Böyük Britaniyanın “Euromonitor İnternational” təhlil şirkəti 2018-ci ildə ən çox turist axını olan şəhərlərin siyahısını açıqlayıb.

Report” “RBK”ya istinadən xəbər verir ki, reytinqdə birinci yeri, təqribən, 30 milyon (2017-ci ilə nisbətən 7 faiz artım) turistin baş çəkdiyi Honqkonq tutub. İkinci sırada Banqkok (23,6 milyon turist, +5,5 faiz), üçüncü yeri London (20,7 milyon turist, +4,5 faiz) qərarlaşıb. İlk üçlüki keçən ildəki kimi yerini saxlayıb.

Sonrakı yerlərdə Makao (18,9 milyon, +9,3 faiz), Sinqapur (18,5 milyon, +5,3 faiz) qərarlaşıb. İlk 10-luğa həmçinin Paris, Dubai, Nyu-York, Kuala Lumpur, Şencen daxil olub.

Ümumiyyətlə, əvvəlki ilə nisbətən turistlər arasındakı rəğbətin artımına görə də reytinq tərtib edilib. Bu reytinqdə ilk beşlik belədir: Yerusəlim, Cennai, Agra, Dehli, Punta Kana. İkinci-dördüncü şəhərlər Hindistanda, beşinci Dominikan Respublikasında yerləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR