Slimfit
  1. AVTO VƏ MOTO

Bu il ən çox satılan elektromobil modellərinin reytinqi açıqlanıb - TOP-10

Bu il ən çox satılan elektromobil modellərinin reytinqi açıqlanıb - TOP-10
Sakura

Bu il ən çox satılan elektromobil modellərinin reytinqi açıqlanıb - TOP-10

“InsideEV” onlayn jurnalı 2019-u ildə ABŞ-da ən çox satılan elektromobil modellərinin reytinqini tərtib edib.

APA-Economics”in sözügedən jurnala istinadən verdiyi məlumata görə, qiymətləndirmə avtomobillərin identifikasiya nömrəsi və avtomobil istehsalçılarının satış haqqında təqdim etdikləri məlumatlar əsasında aparılıb.

Ümumiyyətlə, ötən ilin sonuna dünyada 220 elektromobil (BEV) və plagin-hibrid (PHEV) modeli realizə edilib ki, bunun da 150-i elektrik avtomobillərin ən iri bazarı sayılan Çində satılıb. Belə ki, 2018-ci ildə Çində elektromobillərin satışı 71,4% və ya 500 min ədəd artaraq 1,2 mln-a çatıb. Ötən il dünyada satılan elektromobillərin 56%-i məhz Çinin payına düşüb.

ABŞ-da isə elektromobil və plagin-hibridlərin satışı 79% artıb. Ən çox satılan avtomobil modeli isə “Tesla Model 3” olub. Buna baxmayaraq, ABŞ-ın avtomobil bazarının cəmi 1%-i elektromobillərin payına düşür.

ABŞ-da bu il ən çox satılan elektromobil modelləri:

#

Model

Bu ilin yanvar-may aylarında satış həcmi, ədəd

1

Tesla Model 3

67 650

2

Tesla Model X

9 000

3

Chevrolet Bolt EV

8 281

4

Tesla Model S

7 225

5

Nissan Leaf

6 008

6

BMW i3

2 207

7

Volkswagen e-Golf

1 893

8

Audi e-tron

1 835

9

Jaguar I-Pace

1 309

10

Smart EQ fortwo

496

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR