Bu il əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb
2019-cu il ərzində “Azəriqaz” İB şəbəkəyə 6,7 mlrd. kubmetr qaz qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, bu rəqəmi qaz qəbulunda rekord göstərici hesab etmək olar:
“2019-cu il ərzində əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb, sənaye qurumları üçün isə 2,8 mlrd. kubmetr qaz satışı həyata keçirilib.
2020-ci il üçün “Azəriqaz”ın şəbəkəsinə 6,9 mlrd. kubmetr qaz qəbulu gözlənilir”.
Yığım səviyyəsindən danışan R.Əliyev bildirib ki, bu il yığım səviyyəsi də rekord həddə olub və yığım səviyyəsi üzrə göstərici 101,4 faiz təşkil edib.
Könül Cəfərli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət