Dərc edildi: Baxış sayı: 489
Bu il Ceyhandan 80,5 mln. barel BTC nefti nəql edilib
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 80,554 mln. barel xam neft nəql edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu həcmdə xam neft 103 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
İndiyədək isə Ceyhan limanından 3,441 mlrd. barel neft 4 484 tankerə yüklənib.
Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət