Bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb
Şagirdlərin elektron yerdəyişməsi nəticəsində bu il Bakıda 6791 şagird bir məktəbdən digərinə köçürülüb.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, 2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.
R.Tağıyev bildirib ki, bu il BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət