Dərc edildi: Baxış sayı: 511
Bu il Azərbaycanın magistral kəmərləri ilə 24 milyon ton neft nəql olunub
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 23,95 milyon ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9,2% azdır.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 19,1 milyon tonu və yaxud 79,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu isə illik müqayisədə 10,5% azdır.
Hesabat dövründə BTC kəməri ilə 2,8 milyon ton (10,8% az) tranzit nefti də nəql edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət