Dərc edildi: Baxış sayı: 364
Bu il Azərbaycanda yük və sərnişin daşınması artıb
Bu ilin 9 ayında yük daşınması 1,5%, sərnişin daşınması isə 1,3% artıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-oktyabr aylarında 188,9 milyon ton yük və 1634,3 milyon sərnişin daşınıb.
Məlumata görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5%, sərnişin daşınması isə 1,3% artıb. Yüklərin 64,7 %-i avtomobil, 25,5 %-i boru kəməri, 6,1%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1 %-i isə hava nəqliyyatı ilə daşınıb.
Hesabat dövründə sərnişinlərin 88,1%-i avtomobil, 11,6%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət