Slimfit
  1. CƏMİYYƏT

Bu il Azərbaycanda "Qızıl amnistiya" GÖZLƏNİLİR - Ömürlük məhbuslar əfv OLUNACAQ?

Bu il Azərbaycanda "Qızıl amnistiya" GÖZLƏNİLİR - Ömürlük məhbuslar əfv OLUNACAQ?
Sakura

Bu il Azərbaycanda "Qızıl amnistiya" GÖZLƏNİLİR - Ömürlük məhbuslar əfv OLUNACAQ?

Əfv Məsələləri Komissiyası yanvarın 12-dən öz işinə başlayıb. Komissiyanın yanvarın 12-də keçirilmiş ilk iclasında 100-dən artıq müraciətə baxılıb və komissiyanın yanvarın 17-də ikinci iclası keçirilib.
Bəs Əfv Komissiyası hansı kateqoriya üzrə cinayət törətmiş şəxslərə öncəlik verəcək və sərəncam nə zaman imzalancaq?

Məsələ ilə bağlı Referans.az-a danışan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, hazırda komissiyanın iclasları davam edir və yekun qərarlar qəbul olunur:

"Hazırda əfv komissiyasının iclasları davam edir, bu günə qədər 13 iclas keçirilib və 1700-dən artıq müraciətə baxılıb. Müvafiq rəylər hazırlanması barədə qərar qəbul edilib. Təbii ki, bütün qəbul edilmiş qərarlar və rəylər cənab prezidentə təqdim olunacaq. Yekun qərarı isə prezident verəcək ki, kimlər əfv sərəncamına düşəcək, kimlər düşməyəcək və yaxud bu hansı tarixdə həyata keçiriləcək. Əfv sərəncamına hansı məhbusların düşəcəyi ilə bağlı isə təssüflər olsun ki, bir şey deyə bilmirəm. Sadəcə bunu deyə bilərəm ki, əfv fərmanına bütün kateqoriyalar üzrə məhbus olunmuş dustaqlar düşə bilər. Bununla bağlı konkret bir məlumatım yoxdur, çünki müraciət edən bütün hərkəsin məlumatları gizli saxlanılır. Hazırda əfv komissiyasının yekun iclasları keçirilir, artıq qərarların qəbul olunma mərhələsidir, ümid edirik ki, may ayında prezident hazırlanmış əfvlə bağlı qərarları təsdiqləyər və yüzlərlə insan azadlığa çıxar".

Ə.Nuriyev həmçinin fərmanın ömürlük məhbuslara da aid edilə biləcəyini qeyd edib:

“1995-ci ildən bu günə qədər həm Ulu Öndərimiz, həm də cənab prezidentimiz İlham Əliyev tərəfindən ümumilikdə 68 əfv fərmanı imzalanıb və indiyə qədər 8987 məhbus cəza müddəti bitmədən azad edilmişdir. Bu azad edilən məhbuslar arasında ömürlüklər də olub. Lakin onlar üçün bəzi şərtlər var. Yəni onlar əgər əfv olunmaq üçün müraciət etmək istəyirlərsə, ilk öncə məhbusluq müddətində 10 ilini başa vurmalıdır, daha sonra əfv olunmaq üçün müraciət edə bilər və həmin şəxs ola bilsin ki, yaxşı hal olaraq cəzası 25 il müddətinə yüngülləşdirilsin və ya tamamilə azadlığa çıxarılsın. Qısacası, prezidentin əfv fərmanlarında ömürlük məhbusların da azadlığa çıxarılmasının şahidi olmuşuq. Bu il gözlənilən əfv fərmanında da bunu görə bilərik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR