Slimfit
  1. İQTİSADİYYAT

Bu il Azərbaycanda külək enerjisi istehsalı 4,4 dəfə artıb

Bu il Azərbaycanda külək enerjisi istehsalı 4,4 dəfə artıb
Sakura

Bu il Azərbaycanda külək enerjisi istehsalı 4,4 dəfə artıb

Bu ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 737,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,6% artaraq 289,7 mln. manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 21 058,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 2,4% çoxdur.

Bunun 1 632,5 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 0,5% çoxdur.

Bunun 18 537,1 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2,9% çoxdur.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 50,1 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 4,4 dəfə çoxdur.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə 37,2 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 2,9% azdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR