Slimfit
  1. CƏMİYYƏT

Bu il Azərbaycanda istilik mövsümünün başlaması gecikəcəkmi?

Bu il Azərbaycanda istilik mövsümünün başlaması gecikəcəkmi?
Sakura

Bu il Azərbaycanda istilik mövsümünün başlaması gecikəcəkmi?

Son günlər Bakıda hava şəraiti sabit keçsə də, istilik mövsümünün başlaması gecikməyəcək.

Ens.az-ın məlumatına əsasən,bu barədə “Report”un sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

“Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda (Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa) istiliyin verilməsinə başlanılıb. Digər ərazilərdə isə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm ərzində 561 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq baxçası, bölgələrdə 110 məktəb, 34 uşaq baxçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”, - deyə qurumdan bildirilib

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində (Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı), noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik mövsümü başlayır. Qaydalara əsasən, dağlıq rayonlarında istilik mövsümünün 1 may, digər ərazilərdə isə 15 aprel tarixinə qədər davam edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR