Dərc edildi: Baxış sayı: 247
Bu il Azərbaycanda istehlakçılara 161 min manatdan çox vəsait geri qaytarılıb
2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 1114 müraciəti təmin olunub.
Bu barədə Trend-ə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.Təmin olunmuş müraciətlərin nəticəsində 161 731 manat vəsait istehlakçılara geri qaytarılıb, 33 228 manat məbləğində dəymiş ziyan ödənilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət