Dərc edildi: Baxış sayı: 234
Bu il Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 854 əkiz, 123 üçəm, 4 dördəm uşaq doğulub.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunub.
Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94 671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət