Slimfit
  1. İQTİSADİYYAT

Bu il Azərbaycan Ukraynadan 458 ton hazır və konservləşdirilmiş balıq idxal edib

Bu il Azərbaycan Ukraynadan 458 ton hazır və konservləşdirilmiş balıq idxal edib
Sakura

Bu il Azərbaycan Ukraynadan 458 ton hazır və konservləşdirilmiş balıq idxal edib

 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ukraynadan 903 min ABŞ dolları dəyərində 458 ton hazır və konservləşdirilmiş balıq məhsulları idxal edib.

Bu barədə “Report” Ukraynanın Dövlət Balıq Təsərrüfatı Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, 9 ay ərzində Ukrayna ümumilikdə 6 mln. dollar dəyərində hazır və konservləşdirilmiş balıq məhsulları ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur. 

Xarici bazarlara çıxarılmş məhsulların ümumi həcmi isə 3,4 min ton olub. 

Ukraynadan ən çox hazır balıq məhsulunu Moldova alıb - 1,3 mln. dollar dəyərində 893 ton. Belarusa 672 min dollar dəyərində 505 ton, Gürcüstana 590 min dollar dəyərində 552 ton, İsrailə 378 min dollar dəyərində 120 ton, Qazaxıstana 269 min dollar dəyəriondə 214 ton, Ermənistana isə 212 min dollar dəyərində 264 ton balıq göndərilib.

Onu da qeyd edək ki, Ukrayna 2017-ci ildə ümumi dəyəri 7,3 mln. dollar olan 5 min ton hazır və konservləşdirilmiş balıq ixrac edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR