Slimfit
  1. İQTİSADİYYAT

Bu il Ağcabədi, Balakən və Bakıda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulub

Bu il Ağcabədi, Balakən və Bakıda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulub
Sakura

Bu il Ağcabədi, Balakən və Bakıda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulub

"Bu il Ağcabədi, Balakən və Bakıda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq işlər aparılır: "Bu yaxınlarda Ağcabədi və Balakən, ilin ikinci yarısında isə Bakıdakı mərkəzlərin fəaliyyətə başlaması nəzərdə tutulub. Salyan, Lənkəran, Sumqayıt və Gəncədə də "ASAN xidmət" mərkəzlərinin tikintisi ilə bağlı dövlət başçısının tapşırığı var. Gələn il həmin mərkəzlərin fəaliyyətə başlaması gözlənilir. Dövlət başçısı eyni zamanda Naxçıvanda da "ASAN xidmət" mərkəzinin açılması ilə bağlı tapşırıq verib. Bununla bağlı işlər gedir. Yəqin ki, həmin mərkəz də gələn il fəaliyyətə başlayar".

Agentlik sədri xatırladıb ki, 2019-cu ilin dekabrında Şamaxıda, 2020-ci ilin fevral və mart aylarında isə Kürdəmir və Tovuzda yeni "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR