Bu il 288 təhsil işçisi təltif edilib
2019-cu təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 288 təhsil işçisi təltif edilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, ölkə rəhbərinin sərəncamlarına əsasən, təhsilin inkişafında xüsusi xidmətlərinə görə 8 müəllim “Tərəqqi” medalına, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 16 müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.
Səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi isə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanı ilə təltif edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət