Slimfit
  1. CƏMİYYƏT

Bu il 10 rayonda əmək yarmarkası keçirilib

Bu il 10 rayonda əmək yarmarkası keçirilib
Sakura

Bu il 10 rayonda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin ötən dövründə 10 rayonda əmək yarmarkası təşkil edib. May ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara dövlət və özəl müəssisələrdən 3371 vakant iş yeri təqdim edilib.

Nazirlikdən metbuat.az- a verilən məlumata görə, əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin isə peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. İştirakçıların hər birinə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında məlumatlar verilib.

Qarşıdakı dövrdə də yarmarkaların keçirilməsi prosesi davam edəcək. Ümumilikdə cari il ərzində ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR