Slimfit
  1. CƏMİYYƏT

“Bu, icra başçılarına ciddi bir siqnaldır” - Aslan İsmayılovdan açıqlama

“Bu, icra başçılarına ciddi bir siqnaldır” - Aslan İsmayılovdan açıqlama
Sakura

“Bu, icra başçılarına ciddi bir siqnaldır” - Aslan İsmayılovdan açıqlama

Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlunun rüşvət alarkən saxlanılması ölkə gündəmində ciddi rezonans doğurub.

BAKU.WS xəbər verir ki, hüquqşünas Aslan İsmayılov məsələyə münasibət bildirib.

O, bu faktın hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarə olduğunu qeyd edərək xəbərə sevindiyini vurğulayıb:

“Son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə ciddi cəzalanacaqlarını deyirdi. Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu, icra başçılarına ciddi bir siqnaldır”.

A.İsmayılov xəbərə sevinməsinin ikinci səbəbinin şəxsi olduğunu yazıb:

“Təxminən bir ay bundan əvvəl Ağstafanın Sadıxlı kəndinin bərbad yolları ilə bağlı video paylaşmışdım. Bir neçə gün sonra kənddən qohumlarım zəng edib yolu qreyderlə düzəltdiklərini dedilər. Çox sevinmişdim ki, zülm çəkən kənd camaatına az da olsa kömək etdim. Az sonra öyrəndim ki, bütün texnikanı təcili kənddən çıxarıblar. Araşdırdıqda məlum oldu ki, məni yaxşı tanıyan, görüşəndə “Qağa mənə bir tapşırığın” deyən başçının müavini Ramiz Tatarov yol idarəsinin rəisinin başına oyun açıb ki, niyə qatı müxalifətçi Aslan İsmayılovun kəndinin yollarını təmir etdirirsən. Həqiqətən çox üzülmüşdüm, ona görə ki, bu gün də yol idarəsinin rəisinin kim olduğunu bilmirəm. Həmin Tatarov, başçılar dəyişsə də uzun illərdir ki, faktiki rayonu tək idarə edirdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR