Slimfit
  1. CƏMİYYƏT

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Sakura

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektron formada veriləcək.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses aşağıdakılardır:

- Tibb müəssisəsinə ilkin müraciət

- Laborator analizlərin verilməsi

- Həkim qəbullarından keçmək

- Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi

- Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi

İstifadəçilər “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR