Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb
Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər:
1.Ümumvətəndaş pasportu;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5×4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4.Sağlamlıq haqqında arayış.
Xatırladaq ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət