Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür: “Yaşasaydı, 28 yaşı olacaqdı”

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür: “Yaşasaydı, 28 yaşı olacaqdı”
Sakura

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür: “Yaşasaydı, 28 yaşı olacaqdı”

İkinci Qarabağ müharibəsində Vətəni uğrunda canından keçən qəhrəmanlarımızdan biri də 27 yaşlı şəhid Əliyev Rauf İlyas oğludur.

1993-cü il fevralın 11-də Şamaxı şəhərində dünyaya gələn R.Əliyev rayonun şəhid Elşən Hüseynov adına 2 saylı tam orta məktəbin məzunu olub.

2012-ci ilin oktyabrın 10-da həqiqi hərbi xidmətə çağırılıb. R.Əliyev cəbhə bölgəsində, Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

Oxu.Az-ın əməkdaşı ilə danışan şəhidin bacısı Xəyalə Əliyeva deyir ki, qardaşı 6 il əvvəl hərbi xidmətdən qayıtmışdı:

“Müharibə başlayanda qardaşım könüllü olaraq ön cəbhəyə getmək üçün müraciət etdi. Müraciətdən çox keçmədi ki, çağırıldı. Ötən ilin 27 sentyabr tarixindən başlayan Vətən müharibəsində öndə hərəkət edən kəşfiyyat qrupuna könüllü olaraq qatılıb, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Qardaşım kəşfiyyatçı manqa komandiri olub”.

Əsgər Rauf Əliyev xidmət etdiyi bölükdə 2012-ci ilin oktyabrın 11-də “Baş atıcı”, 2013-cü ilin yanvarın 4-də “Heyət nəfəri”, aprelin 2-də “Məsafə ölçən”, oktyabrın 10-da isə “Manqa komandiri” vəzifələrinə təyin olunub. Şəhid R.Əliyev Talış yüksəkliyi və Suqovuşanın azad olunmasında böyük qəhrəmanlıq göstərib.

“Toyuna hazırlaşırdıq, şəhid xəbərini aldıq”

Sonuncu dəfə sentyabr ayında anası ilə danışan şəhidimiz özünü qorumasını tapşırıb.

Şəhid bacısı deyir ki, qardaşı sevdiyi xanımla nişanlı olub:

“Bizim evdə toy hazırlıqları gedirdi. Qardaşımı gözləyirdik ki, sağ-salamat gəlsin, xeyir işini edək. Sentyabrın 30-u günorta saatlarında qardaşım döyüş bölgəsində şəhid olub. Şəhid xəbərini atama dedilər. Elə həmin gün gecə saatlarında qardaşımın nəşi Şamaxıya gətirildi. Bu gün qardaşımın doğum günüdür. Yaşasaydı, 28 yaşını qeyd edəcəkdik”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə şəhid Əliyev Rauf İlyas oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR