Slimfit
  1. İDMAN

Bu gün UEFA prezidenti seçkisi keçiriləcək

Bu gün UEFA prezidenti seçkisi keçiriləcək
Sakura

Bu gün UEFA prezidenti seçkisi keçiriləcək

Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.

"Report"un məlumatına görə, toplantıda Avropa futbol qurumunun növbəti 4 il müddətinə prezidenti seçiləcək. Səsvermə alternativsiz olacaq. Təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin bu posta vahid namizəddir. Onun namizədliyini UEFA-ya üzv olan bütün 55 milli asssosiasiya, o cümlədən, AFFA da dəstəkləyib. Bu səbəbdən, seçki formal əhəmiyyət kəsb edir.

Bakı vaxtı ilə saat 12:30-da başlanacaq Konqresdə UEFA İcraiyyə Komitəsinə 8 üzv də seçiləcək. 

Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR