Bu gün UEFA İcraiyyə Komitəsi bir sıra qərarlar qəbul edəcək
Bu gün UEFA İcraiyyə Komitəsi ilin ilk toplantısını keçirəcək.
"Report"un məlumatına görə, Niderlandın paytaxtı Amsterdamda bir sıra qərarlar qəbul olunacaq.
Gündəliyə növbəti mövsümlər üçün klub yarışlarının finallarının və UEFA Konqreslərinin yerini müəyyənləşdirmək daxil edilib.
İclasda 2022-ci il Avropa Liqasının, 2022 və 2023-cü ildəki UEFA Super Kuboklarının və qadınlar arasında Çempionlar Liqasının final oyunlarının stadionları, 2021-ci UEFA Konqresinin məkanı bəlli olacaq.
Həmçinin 2020/2021 mövsümü üçün Çempionlar Liqası, Avropa Liqası, UEFA Gənclər Liqası, qadınlar arasında Çempionlar Liqası, futzal üzrə Çempionlar Liqasının və bu il keçiriləcək UEFA Super Kubokunun qaydaları təsdiq ediləcək.
Qeyd edək ki, martın 3-də UEFA konqresi və Azərbaycan millisinin də iştirak edəcəyi UEFA Millətlər Liqasının püşkatma mərasimi olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət