Slimfit
  1. İDMAN

Bu gün üç güləşçimiz medal görüşlərinə çıxacaq

Bu gün üç güləşçimiz medal görüşlərinə çıxacaq
Sakura

Bu gün üç güləşçimiz medal görüşlərinə çıxacaq

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, yarışın dördüncü günündə üç qadın güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

Bunlar Türkan Nəsirova (-50 kq), Elmira Qəmbərova (-59 kq) və İrina Netrebadır (-68 kq). İlk iki idmançımızın rəqibi müvafiq olaraq Evin Dəmirhan (Türkiyə) və Anqelina Lisakdır (Ukrayna).

İrina Netreba isə Aqneşka Veşçek-Kordus (Polşa) – Yeni Franson (İsveç) cütünün qalibi ilə bürünc medal görüşündə üz-üzə gələcək.

Bundan başqa, bu gün Tatyana Varansova (-53 kq), Tatyana Omelçenko (-62 kq) və Elis Manolova (-65 kq) mübarizəyə qoşulacaq. İlk iki idmançı 1/8 finalda, bolqar legionerimiz olan Manolova isə təsnifat mərhələsindən etibarən mübarizəyə başlayacaq.

Səbuhi MUSAYEV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR