Slimfit
  1. İDMAN

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək
Sakura

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək

Bu gün ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək.

Azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Anand, Teymur Rəcəbov hollandiyalı Yorden Van Forestlə mübarizə aparacaq.

Teymur Rəcəbov yeddinci turda Hindistan şahmatçısı Santoş Viditi məğlub edərək aktivinə 1 xal əlavə edib. O, bu nəticə ilə ilk beşlikdən sonrakı pillədə qərarlaşıb. Turnir cədvəlində ilk beşlikdə qərarlaşan Dinq Liren, Aniş Giri, Maqnus Karlsen və Vişvanatan Anandın hərəyə 4,5 xalı, şahmatçımızın isə 4 xalı var.

T.Rəcəbov “Chess-news.ru” saytına yeddinci turda qələbəsini şərh edərkən bildirib: “Bu qədər qaçırılmış imkanlardan sonra nə edəcəyimi bilmirdim. Əvvəl Kramnik, sonra Rapport ilə oyunlarda... Bu dəfə də qalib gəlməmək çox xoşagəlməz hal olardı”.

 

 

Mənbə: Strategiya.az

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR