Slimfit
  1. İDMAN

Bu gün `Qalatasaray`ın rəqibləri müəyyənləşəcək

Bu gün `Qalatasaray`ın rəqibləri müəyyənləşəcək
Sakura

Bu gün futbol üzrə Avropa Liqasında 1/6 final mərhələsinin püşkü atılacaq

Bu gün futbol üzrə Avropa Liqasında 1/6 final mərhələsinin püşkü atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tuatacaq tədbirdə Türkiyənin "Qalatasaray" və "Fənərbağça" komandaları müəyyənləşəcək. 

Püşkatmaya ümumilikdə 32 klub - Avroliqanın qrup mərhələsində ilk iki yeri tutan, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olan “Benfika” (Portuqaliya), “İnter” (İtaliya), “Napoli” (İtaliya), “Valensiya” (İspaniya), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Şaxtyor” (Ukrayna) və “Viktoriya” (Plzen, Çexiya) klublarının rəqibləri müəyyənləşəcək.

Püşkatma proseduruna əsasən, komandalar iki səbətə bölünüb. Avropa Liqasında qrup qalibi olan 12, ÇL-də isə 3-cü yeri tutan 4 ən yaxşı kollektiv səpələnmişlər səbətini təşkil edir. Avropa Liqasının qrup mərhələsində 2-ci yeri tutanlarla, ÇL-də 3-cü olan digər 4 komanda isə səpələnməmişlər səbətində qərarlaşıblar.

Eyni qrupda yer alan və eyni milli assosiasiyanı təmsil edən komandalar bir-birilərinə rəqib ola bilməzlər. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-biri ilə üz-üzə gələ bilməz. Eyni şəhərin iki komandasının eyni gündə oynamaması üçün Türkiyə təmsilçisi "Fənərbağça" ilk ev oyununu fevralın 12-də keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Eyni qaydada İspaniyanın "Sevilya" və İngiltərənin "Arsenal" komandaları cavab görüşlərini fevralın 20-də öz meydanlarında keçirəcəklər. Bu oyunların da start fiti saat 21:55-də çalınacaq. 

Səpələnməmişlər 1/16 finalda cavab oyununu evdə keçirəcəklər.

Səpələnmişlər

“Arsenal” (İngiltərə)

“Bayer” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Ayntraxt” (Almaniya)

“Genk” (Belçika)

“İnter” (İtaliya)

“Napoli” (İtaliya)

“Betis” (İspaniya)

“Zaltsburq” (Avstriya)

“Sevilya” (İspaniya)

“Valensiya” (İspaniya)

“Vilyarreal” (İspaniya)

“Zenit” (Rusiya)

Səpələnməmişlər

BATE (Belarus)

“Seltik” (Şotlandiya)

“Brügge” (Belçika)

“Fənərbaxça” (Türkiyə)

“Qalatasaray” (Türkiyə)

“Krasnodar” (Rusiya)

“Latsio” (İtaliya)

“Malmö” (İsveç)

“Olimpiakos” (Yunanıstan)

“Rapid” (Avstriya)

“Renn” (Fransa)

“Sportinq” (Portuqaliya)

“Şaxtyor” (Ukrayna)

“Slaviya” (Praqa, Çexiya)

“Viktoriya” (Plzen, Çexiya)

“Sürix” (İsveçrə)

 

Mənbə: Faktxəbər.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR