Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Bu gün Milli Qəhrəmanlarımızın doğum günüdür

Bu gün Milli Qəhrəmanlarımızın doğum günüdür
Sakura

Bu gün Milli Qəhrəmanlarımızın doğum günüdür

Bu gün Milli Qəhrəmanlarımız, Qarabağ müharibəsinin şəhidlər Muxtar Qasımov və Eldar Məmmədovun doğum günləridir.

Metbuat.az-ın məlumatına görə, Muxtar Cahid oğlu Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. Ağdam şəhər 5 saylı məktəbi 1974-ci ildə bitirib, həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşüb. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olub. Müxtəlif təzyiqlərə baxmayaraq işinə davam edib, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərib. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışıb.

Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərib. Xocalıfaciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olub və Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Eldar Harun oğlu Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirib. Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR