Slimfit
  1. AZƏRBAYCAN

Bu gün milli parklara giriş pulsuzdur

Bu gün milli parklara giriş pulsuzdur
Sakura

Bu gün milli parklara giriş pulsuzdur

3 mart - Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar milli parklarda bu gün "Açıq qapı" günü keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  bildirib ki, bu gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək:

"Açıq qapı" günü səhər saat 09:00-dan axşam saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".

 
İ.İbrahimova vurğulayıb ki, "Açıq qapı" günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanda 10 milli park - Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac, Zəngəzur Milli parkları var.

 

Mənbə: Strategiya.az

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR