Slimfit
  1. DÜNYA

Bu gün Lüksemburqda Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Bu gün Lüksemburqda Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Sakura

Bu gün Lüksemburqda Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Bu gün Lüksemburqda Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Report” xəbər verir ki, görüşdə Aİ üzvü ölkələrinin və "Şərq Tərəfdaşlığı" proqramı iştirakçısı olan 6 ölkənin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edəcəklər.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini iclasa sədrlik edəcək.

Azərbaycanı görüşdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı iştirakçıları arasındakı siyasi dialoqu davam etdirmək fürsəti verən qarşıdakı görüş iştirakçıları tərəfdaşlıq çərçivəsindəki öhdəliklərin, o cümlədən “2020-ci ilədək 20 hədəf” adlı öncül vəzifələrin icrasına yekun vuracaq.

Bundan əlavə, danışıqların gündəliyində Liviya, Makedoniya, Bosniya və Herseqovina, eləcə də Venesuela və MAR-dakı vəziyyətin müzakirəsi də yer alıb.

Aİ ilə altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında yaxınlaşmaya yönələn "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Praqa zirvə görüşündə Polşa və İsveçin təşəbbüsü ilə qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR