Slimfit
  1. DÜNYA

Bu gün Litvada NATO-nun sammiti başlayır

Bu gün Litvada NATO-nun sammiti başlayır
Sakura

Bu gün Litvada NATO-nun sammiti başlayır

Bu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti başlayır.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, toplantıda Alyansa daxil ölkələrin liderləri iştirak edəcək.

Vilnüs vaxtı ilə saat 13:30-da rəsmi salamlama olacaq. Alyansın Baş katibi Yens Stoltenberq və Litva Prezidenti Gitanas Nauseda ayrı-ayrılıqda bütün liderlərlə görüşəcəklər. Ardınca ailə fotosu çəkiləcək. Saat 15:30-da açılış mərasimi keçiriləcək. Təxminən 1 saat sonra Estoniya, Latviya, Litva arasında hava məkanının təhlükəsizliyi ilə bağlı əməkdaşlıq bəyannaməsi imzalanacaq.

Saat 17:30-da Y.Stoltenberq mətbuat konfransı keçirəcək. Bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Yarım saat sonra müdafiə nazirlərinin iclası baş tutacaq.

Saat 19:00-da dövlət və hökumət başçılarının rəsmi şam yeməyi olacaq.

Vilnüs sammitində bir neçə məsələ müzakirə olunacaq. Onlar beynəlxalq təhlükəsizliyə cari təhdidlər fonunda, xüsusən də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Şimali Atlantika Alyansının üzləşdiyi çağırışlara aiddir.

Sammitin gündəliyində aşağıdakı mövzular var:

1. Alyans yeni regional müdafiə planları, yeni qüvvə modelləri və sürətli reaksiya bölmələrinin sayının artırılmasını təsdiq edəcək.

2. Ukraynaya dəstək.

3. Müdafiə İnvestisiyaları - NATO üzvü olan ölkələr müdafiə qabiliyyətini artırmaq üçün hər il ÜDM-nin ən azı 2%-ni xərcləyəcəklər.

4. Tərəfdaşlıq məsələləri - Avropa, Hind-Sakit okean regionu və beynəlxalq təşkilatlar, o cümlədən Aİ-dəki tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi. İsveçin NATO-ya daxil olması məsələsi.

5. Təhlükəsizlik çağırışları - iqlim dəyişikliyi üzrə fəaliyyət planının razılaşdırılması, kritik infrastrukturun mühafizəsi sahəsində Aİ ilə əməkdaşlığın genişləndirilməsi. Ən son texnologiyaların, o cümlədən süni intellektin, avtonom sistemlərin və kvant texnologiyalarının inkişafı üçün investisiya fondunun yaradılması.

Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də gözlənilir.

Alyans Ukraynaya nə təklif edə bilər?

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansa üzv olan ölkələr Ukraynanın qələbəsini təmin etməyi ən mühüm vəzifə hesab edirlər. Ona görə də Rusiya ilə müharibədə qələbə NATO-ya daxil olmaq məsələsinin mənalı müzakirəsi üçün şərt olacaq. Amma Vilnüs sammitində Alyansın üzvləri Kiyevə güclü dəstək ifadə edəcəklər.

O vurğulayıb ki, Vilnüsdə müttəfiqlər Ukrayna üçün üç elementdən ibarət paketi razılaşdıracaqlar: uzunmüddətli perspektivdə dəstəyin artırılması - Ukrayna və NATO silahlı qüvvələrinin tam qarşılıqlı fəaliyyətini təmin edəcək çoxillik yardım proqramı var.

Qeyd edək ki, toplantı 2 gün davam edəcək və sabah, iyulun 12- də başa çatacaq.

Sammitə 10 milyon avro xərclənib

Litvanın paytaxtı sammitə hazırlıq üçün təxminən 10 milyon avro xərcləyib. O cümlədən bir neçə küçədə asfalt örtüyü dəyişdirilib, yeni piyada səkiləri salınıb və infrastrukturda digər abadlıq işləri aparılıb. Hökumət daha əvvəl Litvanın NATO sammitinə ev sahibliyi etmək üçün ümumi xərclərinin təxminən 38 milyon avro təşkil edəcəyini açıqlamışdı. Sammit zamanı Vilnüsdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub və köhnə şəhərin əksər hissəsi yalnız piyadalar üçün əlçatan olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR