Slimfit
  1. DÜNYA

Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür
Sakura

4 oktyabr – Dünya Heyvanlar Günü və ya Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür

4 oktyabr – Dünya Heyvanlar Günü və ya Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.

AZƏRTAC xəbər verir ki, Heyvanların Beynəlxalq Müdafiəsi Günü 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncaqdan sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub.

Heyvanların müqəddəs qoruyucusu sayılan İtaliyanın Assasiya əyalətinin sakini Françeskonun vəfat etdiyi gün Heyvanların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Azərbaycan təbii şəraitinə və heyvan aləminə görə çox zəngin ölkədir. Təbiətimizdə 101 məməli, 365 quş, 52 sürünən (reptili), 10 suda-quruda yaşayan (amfibiyalar), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, parazit ibtidai (protozoa) heyvan növləri məlumdur.

Respublikamızda heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan heyvanların adı “Qırmızı kitab”a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır. Belə tədbirlərə nümunə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “IDEA” İctimai Birliyinin bəbirlərin, ceyranların qorunması sahəsində birgə təşəbbüslərini qeyd etmək olar.

Hazırda respublika ərazisində mövcud olan 223 heyvan növünün adı “Qırmızı kitab”a daxil edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR