Dərc edildi: Baxış sayı: 565
Bu gün gənclər arasında ağır atletika üzrə dünya çempionatı start götürür
Bu gün Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı start götürür.
AZƏRTAC xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Dünya çempionatında ölkəmizi iki atlet - Səbinə Əzimova (55 kq) və Əliş Nəzərov (102 kq) təmsil edəcək.
S.Əzimova iyunun 3-də, Ə.Nəzərov isə üç gün sonra körpücük üzərinə çıxacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət