Slimfit
  1. MARAQLI

Bu gün Durna Günüdür

Bu gün Durna Günüdür
Sakura

Bu gün Durna Günüdür

Sentyabr ayının hər ikinci bazar günü dünyada Dünya Durna Günü kimi qeyd olunur. Təbiəti mühafizə təşkilatının simvolu olan Durna Günü ilk dəfə 2002-ci ildə ABŞ-da qeyd edilib. SİA xəbər verir ki, bu günün təsis olunma tarixi də çox maraqlıdır. Belə ki, məhz bu gün məhvolma təhlükəsi ilə qarşılaşmış Amerika durnasının yumurtasını tapan alimlər onu daha təhlükəsiz yerdə məskunlaşmış digər durna yuvasına qoyurlar. Sonralar xilas olmuş minlərlə Amerika durnası həmin məkana qışlamaq üçün gəldikdə isə o gün "Yuvalarda xilas edilən minlərlə balalar günü" ekoloji bayram kimi qeyd edilib. Alimlərin fikrincə bu quşların ilk əcdadları hələ 40-60 milyon il bundan əvvəl, dinozavrların dövründə yaşayıblar. Hələ qədim Yunanıstanda miqrasiya zamanı durnaların səsi yaz əkin vaxtının gəlişindən və məhsul yığımından xəbər verib. O vaxtdan etibarən bu quşlar yazın, günəşin, istinin və təbiətin oyanmasının simvolu olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR