Slimfit
  1. DÜNYA

Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür
Sakura

Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Oktyabrın 20-si Dünya Osteoporozla Mübarizə Günüdür.

AZƏRTAC xəbər verir ki, 1997-ci ildən etibarən hər il oktyabrın 20-si Dünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir. Bu tarix Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə təsis edilib.

Osteoporoz sümük toxumasının zədələnərək nazikləşməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən metabolik xəstəlikdir. Bir qayda olaraq, tədricən yaranır və zaman keçdikcə inkişaf edir. Sümükdə gedən dəyişiklikləri xarakterizə edən osteoporoz terminini ilk dəfə XIX əsrdə fransız cərrahı Yakob Lobşteyn işlədib. Aparılan statistika və elmi araşdırmalar alimləri və tibb işçilərini belə bir qənaətə gətirib ki, osteoporoz birbaşa orqanizmin qocalmasının nəticəsidir.

Osteoporoz heç bir sərhəd tanımadan artan qlobal problemdir. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, xəstəlik yayılma dərəcəsinə görə ürək-damar, onkoloji və şəkərli diabet xəstəliklərindən sonra infeksiyasız xəstəliklər sırasında dördüncü yeri tutur. Statistikaya görə, dünyada 50 yaşdan sonra hər üç qadından və hər beş kişidən biri osteoporozdan əziyyət çəkir.

Başlanğıc mərhələdə osteoporoz qətiyyən özünü büruzə vermir, hətta onun başlanmasından on il keçəndən sonra da orqanizmdə gedən dəyişikliklərdən xəbər tutmaq olmur. Sümük kütləsinin əriməsi ağrıyla müşayiət olunmur, bəzən kürəyin aşağı hissəsində sızıltılar əmələ gəlir.

Osteoporoz sümüklərin əriməsi, nazikləşməsi ilə xarakterizə olan xəstəlikdir. Problemin nəticəsi olaraq sümük qatı əriyir və davamlı sınıqlarla müşahidə edilir.

Sümük əriməsinin miqdarı dörddəbirə çatanda güclü osteoporoz başlayır. Xəstəliyin fəsadları olaraq fəqərələrin deformasiyası, hərəkət vaxtı artan bel ağrısı, sümüklərin çoxlu sınıqları meydana çıxır. Osteoporozu xəstənin ümumi rentgeni əsasında müəyyən etmək olur.

Osteoporozun profilaktikası üçün, ilk növbədə, artıq çəkidən xilas olmaq lazımdır. Pəhriz gözlənilməli, duzlu və ətli qidalar minimuma endirilməlidir.

Xəstəliyin inkişafının qarşısını almaq üçün həkimin təyin etdiyi tibbi vasitələrlə yanaşı, dayaq-hərəkət sisteminin yığılıb-açılmasına yönəldilən müalicəvi gimnastik hərəkətlər də məsləhət görülür.

İnkişaf edən osteoporozu dərmanla sağaltmaq mümkün deyil. DST dünyanın bütün ölkələrinin həkimlərini xəstəliyin profilaktikası ilə məşğul olmağa çağırır. Məhz profilaktik tədbirlər vasitəsilə insan orqanizmindəki sümük toxumasının zəifləməsini ləngitmək mümkündür. Bunun üçün bu mövzuda mühazirə və seminarların keçirilməsi, tibbi müəssisələrdə xəstəlik haqqında informasiya stendlərinin asılması məsləhət görülür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR