Slimfit
  1. AZƏRBAYCAN

Bu gün BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır

Bu gün BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır
Sakura

Bu gün BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyası çərçivəsində ümumi siyasi müzakirələr…

Bu gün BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçısı, eləcə də xarici işlər nazirləri və digər səviyyəli nümayəndə heyəti başçıları çıxış edəcəklər.

Ümumi müzakirələrdən əvvəl BMT Baş katibi təşkilatın işi üzrə illik hesabatını təqdim edəcək.

Çoxdankı ənənəyə əsasən, sentyabrın 25-də Baş Assambleyanın tribunasından ilk olaraq Braziliya Prezidenti Mişel Temer və ABŞ dövlət başçısı Donald Tramp çıxış edəcəklər.

D.Trampdan sonra Ekvador Prezidenti Lenin Moreno Qarces, onun ardından isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.

Bu gün tribuna alacaq şəxslər siyahısında həmçinin Ruanda, Meksika, Fransa, Seyşel adaları Respublikası, Peru, İran, Finlandiya, Xorvatiya, Toqo və Cənubi Afrika prezidentləri, həmçinin İordaniya kralı və Qətər əmiri də yer alıb. Günün ikinci yarısında Misir və Qırğızıstan prezidentləri, həmçinin Ermənistanın baş naziri çıxış edəcək.

Xatırladaq ki, BMT Baş Assambleyasının açılış sessiyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Ümumi siyasi müzakirələr oktyabrın 1-də başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR