Slimfit
  1. AZƏRBAYCAN

Bu gün Beynəlxalq Qadınlar Günüdür

Bu gün Beynəlxalq Qadınlar Günüdür
Sakura

Bu gün Beynəlxalq Qadınlar Günüdür

Bu gün - 8 Mart dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.

"Report" xatırladır ki, 1857-ci ilin martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil ediblər. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olan bu aksiyanın qarşısı polis tərəfindən alınıb.

1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Bu ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının (10 067 108) 50,1%-i qadınlar təşkil edib, onların da 52,1% nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8%-i qız uşaqlarının payına düşüb.

Qadınların sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2% təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7%, orta ixtisas təhsil müəssisələrində 78,9%, ali təhsil müəssisələrində 54,7%, həkimlərin isə 66%-i qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7%, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1%, ali təhsil müəssisələrinin tələbələrinin 48,8% qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,2%-ni qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən, 28,5%, sahibkarlar arasında isə 21,7%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6% qadınlardır.

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Eyni zamanda, dövlət başçısının imzaladığı sərəncamla bir qrup qadına Azərbaycanda mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, Azərbaycan Respublikasının “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim” və “Əməkdar tibb işçisi” fəxri adları adları verilib.

Bununla yanaşı Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif ediliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR