Slimfit
  1. İQTİSADİYYAT

Bu gün Azərbaycanda "Neftçilər günü" qeyd edilir

Bu gün Azərbaycanda "Neftçilər günü" qeyd edilir
Sakura

Bu gün Azərbaycanda "Neftçilər günü" qeyd edilir

Bu gün, sentyabrın 20-də Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü" 16 ildir ki ardıcı olaraq qeyd edilir. "Bu tarixin "Əsrin müqaviləsi" ilə üst-üstə düşməsi təsadüfi deyil. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahına və çiçəklənməsinə başlanğıc olub. Respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarıb.


1994-cü il sentyabrın 20-də Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun məhsullarının bölüşdürülməsi haqqında saziş imzalanıb. Bu haqlı olaraq "Əsrin müqaviləsi" adlanır. Sonrakı illərdə Azərbaycanın neft-qaz sahəsində çoxlu əlamətdar hadisələrin olmasına, müxtəlif yataqlar və perspektiv strukturlar üzrə orta hesabla 30 sazişin imzalanmasına, yeni terminalların inşasına, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin və s. işə salınmasına baxmayaraq, "Əsrin müqaviləsi" haqlı olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir, belə ki, bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verib. 

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: bp (operator - 37,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoyl" (8,56 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz). Sazişin qüvvədə olma müddəti 30 ildir.
Saziş üzrə "Azəri-Çıraq-Günəşli"də neft hasilatının genişləndirilməsi tədricən, yeni yataqların işə salınması ilə həyata keçib. "Çıraq" yatağında hasilata 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ildə, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də 2006-cı ilin sonunda başlanılıb.

"Günəşli" yatağında suyun dərin hissəsində hasilatın başlanılması 2008-ci ilin ortalarında baş tutub. Lakin proses bununla bitməyib. Bu il "Azəri-Çıraq-Günəşli"də Azeri Light növlü neftin hasilatının artırılmasını nəzərdə tutan Chirag oil project (COP) layihəsi həyata keçirilməyə başlayıb. Layihə yeni "Qərbi Çıraq" platformasının və lazımi boru kəmərlərinin tikintisini nəzərdə tutur. Bu platformadan hasilatın başlanılması 2013-cü ilin sonuna planlaşdırılıb. COP layihəsinin həyata keçirilməsi çərçivəsində ("AÇQ" üzrə sazişin 2024-cü ildə qüvvədə olma müddəti başa çatana qədər) ümumilikdə 300 milyon barel neftin hasil edilməsi planlaşdırılıb. 

"AÇQ"də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir. Bu ay Türkiyənin Ceyhan limanından say etibarilə bir milyard neft göndərilib.

"Əsrin müqaviləsi"nin əhəmiyyəti respublikanın neft satışından əldə etdiyi vəsaitlərin həcmi ilə kifayətlənmir. Bu sazişin imzalanması Azərbaycanı ölkə iqtisadiyyatına müxtəlif layihələrin həyata keçirilməsinə və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib. Məhz bu saziş ölkəyə inamı artırdı ki, bu da həm respublika daxilində, həm də ondan kənarda müxtəlif layihələrin həyata keçirilməsinə gətirib çıxardı.

İndi Azərbaycan neft ixtacından əldə edilən vəsaitlər alıcısından, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib. Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb.

Azərbaycan "Azəri-Çıraq-Günəşli"nin işlənməsi üzrə saziş sayəsində təkcə öz enerji təhlükəsizliyini deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırlaşır.  

Ölkə iqtisadiyyatının enerji sektorunun xeyli inkişaf etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru yüksək templərlə inkişaf edir. Hazırda ölkədə kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya, infrastruktur, turizm, mədəniyyət, elm kimi sahələrin inkişafına xüsusi diqqət yönəlib.

 

 

Mənbə: Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR