Dərc edildi: Baxış sayı: 414
Bu gün Azərbaycan ilə Bolqarıstan arasında müştərək komissiyanın 5-ci iclası keçiriləcək
Bu gün Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 5-ci iclası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.
O deyib ki, noyabrın 6-8 tarixlərində Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 5-ci iclası baş tutacaq.
“Azərbaycan nümayəndə heyətinə Azərbaycan kənd təsərrüfatı naziri, komisiyanın həmsədri İnam Kərimovrəhbərlik edir və nazir bu gün Bolqarıstana rəsmi səfər edir”,- A.Hüseynov vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət