Dərc edildi: Baxış sayı: 493
“Bu görüş mütləq baş tutacaq” - Deputatdan açıqlama
“Milli Məclisin deputatları ilə Mərkəzi Bankın İdarə Heyəti arasında müzakirələrin aparılması üçün prinsipial razılıq var”.
Bu barədə Oxu.Az-a parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli bildirib.
Deputat qeyd edib ki, ölkədə koronavirusla bağlı məhdudlaşdırıcı müddət bitdikdən sonra nəzərdə tutulan görüş mütləq baş tutacaq.
Mərkəzi Bankla deputatlar arasında aparılacaq müzakirələrin ümumi mövzusu hazırkı vəziyyətin diktə etdiyi aktual iqtisadi məsələlərə həsr olunacaq.
“Ancaq konkret mövzu dəqiqləşdiriləcək”,- deyə Əli Məsimli məlumat verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət