Slimfit
  1. AZƏRBAYCAN

“Bu görüş Azərbaycana olan etimadın göstəricisidir”

“Bu görüş Azərbaycana olan etimadın göstəricisidir”
Sakura

“Bu görüş Azərbaycana olan etimadın göstəricisidir”

Azərbaycanın Xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib. 

"Qafqazinfo" xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir müavini Xələf Xələfov deyib ki, bu bizim ölkəyə olan etimadın göstəricisidir: "Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Ölkəmiz belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib". 

O əlavə edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR