Slimfit
  1. AZƏRBAYCAN

Bu göl qarşısına çıxan hər şeyi udur

Bu göl qarşısına çıxan hər şeyi udur
Sakura

Şəkinin Çeşməli kəndində yer altından qaynayan sular əməli-başlı göl yaradıb

Ens.az Arb TV-ə istinadən məlumat verir ki, Şəkinin Çeşməli kəndində yer altından qaynayan sular əməli-başlı göl yaradıb. Qrunt sularının yer üzünə yaxın olması ilə tanınan bu kəndin ərazisində bir çox qaynama var. Amma indi göstərəcəyimiz evin həyətində yaranan və getdikcə böyüyən su gölə çevrilib və qarşısına çıxan hər şeyi udur. Bu gedişlə, növbəti udacağı şey sakinlərin evi olacaq.
Qrunt sularının yer üzünə yaxın olması ilə tanınan Şəkinin Çeşməli kəndi ərazisində bir çox qaynama var. Amma indi göstərəcəyimiz evdə getdikcə böyüyən su gölə çevrilib və qarşısına çıxan hər şeyi udur. Ev sahibinin sözlərinə görə, gölün sahəsinin böyüməsinin qarşısını almaq üçün ətrafına ağaclar əkilsə də, göl ağacları da udub. Hətta qaynamanın kənarında quraşdırılmış istirahət güşəsi də suyun altında qalıb. Gölün sahəsinin böyüməsi qonşuları narahat edir. Evlərinin hər an uça biləcəyi qorxusu ilə yaşadıqlarını deyən sakinlər problemin tez bir zamanda həll olunmasını istəyir. Qarın əriməsi və yaz yağışları nətcəsində suyun artması ehtimalını nəzərə alsaq, ərazinin daha da genişlənəcəyi bildirilir. Ev sahibi mövcud vəziyyətlə bağlı artıq aidiyyatı qurumlara məlumat verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə, müraciət əsasında əraziyə baxış keçirilib, ilkin rəy verildikdən sonra məsələnin həlli istiqamətində addımlar atılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR