Slimfit
  1. MARAQLI

Bu gəminin heyəti ancaq qadınlardan ibarət olacaq

Bu gəminin heyəti ancaq qadınlardan ibarət olacaq
Sakura

Bu gəminin heyəti ancaq qadınlardan ibarət olacaq

“Moller-Maersk” qrupuna daxil olan yedək və xilasetmə gəmilərinin operatoru “Svitzer” Dominikan Respublikasında fəaliyyət göstərən gəmilərin birinin heyətini tamamilə qadınlardan təşkil edib.

Seanews.az” xəbər verir ki,  “Svitzer Monte Cristi” yedək gəmisinin heyəti kapitan Maria de los Santos, baş mexanik Marisabel Moreno və dənizçilər Paloma Montero, Loreani Torres, Juana Custodiodan ibarətdir.

Baş mexanik M.Moreno bildirib ki, fiziki gücün köməyi ilə istifadə etdiyimiz çox şeylər, əslində, yalnız texniki düşüncə və doğru vasitələr tələb edir. Bir çoxu qadınların belə güclü yedək gəmisini idarə edə bilməsinə şübhə ilə yanaşır, amma bizim komanda yedək gəmisini qadınların da idarə edə biləcəyini sübut etdi.

“Svitzer” nümayəndələri hesab edir ki,  “Svitzer Monte Cristi” gəmisinin qadın heyəti dəniz sənayesində kişilərin üstünlüyünü aradan qaldırmağa kömək edəcək.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının məlumatına görə, qadınlar dəniz sənayesində ümumi işçi qüvvəsinin yalnız 2% -ni təşkil edir və onların əksəriyyəti kruiz gəmiləri və bərələrdə işləyir.

Qeyd edək ki, “Svitzer Monte Cristi” yedək gəmisinin uzunluğu 24, eni 11, suya oturumu – 5,6 metrdir.  Gəminin sürət 13 uzelə bərabərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR