Slimfit
  1. CƏMİYYƏT

Bu fənlər üzrə yeni dərsliklər hazırlandı

Bu fənlər üzrə yeni dərsliklər hazırlandı
Sakura

Bu fənlər üzrə yeni dərsliklər hazırlandı

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutunda dövlət ümumtəhsil məktəblərinin birinci sinifləri üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə yeni dərsliklər hazırlanıb. Bununla yanaşı, ingilis dili (əsas xarici dil) fənni üzrə hazırlanmış dərsliklər ölkədə mövcud təhsil proqramlarına adaptasiya olunub.

Nazirlikdən Axar.az-a bildirilib ki, hər üç dərslik komplektinin 2019-2020-ci tədris ilində ölkənin seçilmiş məktəblərinin pilot siniflərində sınaq istifadəsinə verilməsi planlaşdırılır. Sınaq istifadələrin nəticələri mütəxəssislər tərəfindən müzakirə olunacaq və həmin dərsliklər üzərində müvafiq təkmilləşdirmə aparılacaq. Sonra bu dərsliklər ümumtəhsil məktəblərində kütləvi istifadəyə veriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR