Slimfit
  1. CƏMİYYƏT

Bu evlərin bərpası və kompensasiyası ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi

Bu evlərin bərpası və kompensasiyası ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi
Sakura

Bu evlərin bərpası və kompensasiyası ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi

Son günlər bəzi rayonlarımızı cənginə alan təbiət hadisələri əsl fəlakət gətirib. Leysan və sel bəzi rayonlarda canlar da alıb. İnsanlar evlərini itirib, əkin sahələri məhv olub.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu son illər ölkəmizdə baş verən ən güclü təbii fəlakət adlandırmaq olar. Bəs, təbiətin qəzəbinə tuş gələn bölgələrdə insanların dərdinə kim dərman olacaq? 

Artıq müvafiq qurumlar tərəfindən həmin ərazilərdə dağılmış infrastrukturun bərpasına başlanılıb. Amma fərdi evlərin dövlət hesabına bərpa ediləcəyi ilə bağlı qərar hələ ki yoxdur.
Hələlik sakinlər ciddi ziyan dəyən evlərində yaşamağa məcburdurlar. Əkin sahələri məhv olan fermerlərə gəlincə, onların problemi dəyişməyib: həmin sahələrin sığortası yoxdur. Niyə? Çünki bu insanlar sığortaya inanmır. Sel fəlakətinin bölgələrdə yaratdığı ziyandan və sakinlərə nə kimi yardım göstəriləcəyindən İTV-də bəhs olunub.

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov bildirib ki, dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı hər bir kənddə komissiya müəyyən edilib, aktlar tərtib olunub. Bununla bağlı Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR